Eurovison 2012 üçün Azərbaycanda yeni kompleks tikilə bilər
19 May 2011 Cümə Axşamı 13:06
Eurovison 2012 müsabiqəsinin keçirilməsi üçün yeni konsert kompleksi tikilə bilər. APA-nın məlumatına bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib.
Onun sözlərinə görə, 2012-ci ildə “Eurovison”un Azərbaycanda keçirilməsi yeri ilə bağlı hazırda üç məsələ gündədir: “Bunlardan biri Heydər Əliyev adına İdman Konsert Kompleksi ilə bağlıdır. Kompleksdə təmir işlər aparılıb. Orada 7800 oturacaq var, 1000-ə yaxın da artırmaq olar”.

Nazirin sözlərinə görə, ikinci variant Tofiq Bəhramov adına Respublika Stadionudur: “Mahnı müsabiqəsi burada da keçirilə bilər. Amma ən əsas və maraqlısı yeni layihədir. Bakının ən gözəl, mənzərələri yerlərindən birində, məsələn, Dənizkənarı Parkda və ya Bayraq Meydanında yeni, böyük konsert kompleksi tikmək olar”.

A. Rəhimov qeyd edib ki, kompleksin tikintisi modul sistemlə həyata keçirilsə, işləri “Eurovison-2012”-dək başa çatdırmaq olar. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar