Eurovision yarımfinalçıları finala keçmək şansını necə dəyərləndirir?
22 May 2012 Çərşənbə Axşamı 10:29
18 ölkə təmsilçisi hər biri fərqli səhnə performansı və özünəməxsusluğu ilə seçilir.
Bu gün “Eurovision-2012”nin birinci yarımfinalı keçiriləcək. ANS PRESS-in məlumatına görə, gecə yarısı (Mərkəzi Avropa Vaxtı-21.00 (Bakı vaxtı-00:00)) başlayacaq birinci yarımfinal şousunda 18 ölkə təmsilçisi mübarizə aparacaq.

"Eurovision" Mahnı Müsabiqəsinin birinci yarımfinalında yarışan 18 ölkə təmsilçisi hər biri fərqli səhnə performansı və özünəməxsusluğu ilə seçilir. "Bakı Kristal Zalı" səhnəsində əsas məşqini edən ölkə təmsilçiləri bununla bağlı ilk təəssüratlarını "eurovision.az" saytına paylaşıb. Onlar hər biri finala keçməyə iddialıdır. Lakin bu şansı onlardan yalnız 10-u əldə edə biləcək.

İştirakçılar Bakıda, "Bakı Kristal Zalı" səhnəsindən zövq aldıqlarını deyiblər. Onların Bakıda yaşadıqları anları həyatlarının ən gözəl anlarından biri adlandırıblar. Yarımfinal iştirakçıları onlar üçün Bakıda yaradılan şəraitdən razlıqlarını ifadə ediblər.





DOSTLARINLA PAYLAŞ:

oyunlar