Eurovision səsvermə qaydalarında dəyişiklik
16 Yanvar 2012 Bazar Ertəsi 21:36
Bu ildən etibarən Eurovision səsvermə son 15 dəqiqə ərzində həyata keçiriləcək.
Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” Mahnı Müsabiqəsində səsvermə qaydaları ilə bağlı yeni qərar verilib. Bu ildən etibarən səsvermə son 15 dəqiqə ərzində həyata keçiriləcək. Belə ki, 2010-cu ildən tamaşaçılar yalnız son 15 dəqiqə ərzində deyil, birinci mahnıdan səs vermək imkanı qazanmışdılar. Lakin bu il Avropa Yayımları Birliyi (EBU) yenidən köhnə sistemə qayıtmaq qərarına gəlib.
Artıq bu qərar qüvvəyə minib. Bakıda keçiriləcək “Eurovision-2012”də hər zaman olduğu kimi münsiflər əsas məşqlərə görə öz xallarını istədikləri ifaçıya verə biləcəklər.
DOSTLARINLA PAYLAŞ: