Eurovision mahnı yarışması zamanı Azərbaycana 60 minə yaxın turistin gələcəyi gözlənilir
16 İyun 2011 Cümə Axşamı 12:50
Nazir: Müsabiqə ilə əlaqədar turistlərə göstəriləcək xidmətin səviyyəsinin yüksəldilməsi üçün otellərə müvafiq tapşırıqlar verilb”.
Nazirin sözlərinə görə, hazırda təşkilat komitəsi hazırlıqla bağlı işlər aparır. Yaxın vaxtlarda mahnı yarışmasının keçiriləcəyi yer barədə də müvafiq qərar qəbul ediləcək.
Ə. Qarayev yarışmanın keçirilməsi ilə əlaqədar turistlərə göstəriləcək xidmətin səviyyəsinin yüksəldilməsi üçün otellərə “on-line” qeydiyyat sisteminin yaradılması və xidmət personalının peşəkarlığının artırılması məqsədi ilə tapşırıqlar verildiyini bildirib. Nazirin sözlərinə görə, “on-line” qeydiyyat prosesi bu ilin sentyabr ayınadək tamamlanacaq.
Ə. Qarayev hazırda Bakıda 6 yeni 5 ulduzlu mehmanxananın tikildiyini də bildirib. Həmçinin 6 ucuz – hostel tipli motelin istifadəyə verilməsi planlaşdırılır.
Nazir əlavə edib ki, yarışma dövründə Azərbaycana gələcək turistlərə Bakıdakı restoranlarda Azərbaycan milli mətbəxin nümunələri ilə tanış olmaq imkanları yaradılacaq. Bununla bağlı müvafiq tapşırıqlar veriləcək. Həmçinin otellərin işçi heyətləri üçün treninqlər təşkil olunacaq. APA
DOSTLARINLA PAYLAŞ: