Eurovision 2012 üçün milli seçimin ilk dinləmələri keçirilir
03 Noyabr 2011 Cümə Axşamı 13:32
Eurovision 2012 üçün milli seçimin ilk dinləmələri keçirilir. Dinləmələr noyabrın 5-də başa çatır.
Bu gün "Eurovision Mahnı Müsabiqəsi-2012" üçün milli seçim turunun ilkin dinləmələri keçirilir.

Sənədləri qəbul olunmuş 119 nəfər iştirakçı 3 qrupa bölünüb. Birinci qrupun iştirakçıları bu gün saat 13.00-da İctimai Televiziyada dinləmələrdən keçəcək.

Hər bir içtirakçı 2 mahnı ifa etməklə, səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcək. Dinləmələrdən keçən şəxslər Milli seçim turunun əsas mərhələsinə keçəcək və İctimai Televiziyanın canlı efirində yarışacaqlar.

Milli seçimin dinləmələrində münsiflər heyətində İctimai Televiziyanın aparıcıları, Eurovision Mahnı Müsabiqəsində şərhçilər Leyla Əliyeva, Hüsniyə Məhərrəmova, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Zəhra Bədəldəyli, mügənnilər Tünzalə Ağayeva və Natəvan Şeyxova təmsil olunur.

Milli seçimin dinləmələri noyabrın 5-də başa çatır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar