Eurovision 2012 səsvermə qaydalarına dəyişikliklər edilib
30 İyun 2011 Cümə Axşamı 10:42
Eurovision 2012 səsvermə qaydalarına dəyişikliklər edilib. Şou başa çatdıqdan sonra 10 dəqiqə ərzində səsvermə mümkün olacaq.
"Eurovision 2012" Mahnı Müsabiqəsinin səsvermə qaydalarında dəyişiklik edilib. Avropa Yayım Birliyi (EBU) Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” yarışması ilə bağlı bir sıra yeniliklər edəcəyini açıqlayıb. EBU ötən həftə keçirilən iclasda növbəti yarışmadan etibarən səsvermədə köhnə üsula qayıtmağa qərar verib. Yəni “Eurovision-2012” mahnı müsabiqəsində 2010-cu ilə qədər istifadə olunan səsvermə sisteminə keçiləcək.

Səsvermə ancaq şou bitəndən sonra 10 dəqiqə ərzində həyata keçiriləcək. Bu il bütün şou ərzində həyata keçirilən səsvermə zamanı iştirakçılara gələn əsas səslər şounun sonunda gəldiyindən EBU belə bir dəyişiklik etmək qərarına gəlib.

EBU-nun qəbul etdiyi yeni qərarlar arasında müsabiqə yayımlandığı vaxt iştirakçıların sms nömrələrinin ekranda daha kiçik ölçüdə verilməsi də var. Buna kimi sms nömrələri ekranın 25 faizini tuturdu, lakin bundan sonra daha kiçik ölçüdə olacaq. EBU-nun fikrincə, bu yazıların böyüklüyü tamaşaçıların diqqətini mahnıdan yayındırır. Şou zamanı ekranda yazıların böyüklüyünün və görünüşünün necə olacağı isə yaxın gələcəkdə dəqiqləşdiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar