Eurovision-2012 milli seçim turunun ilkin dinləmələri başlayır
01 Noyabr 2011 Çərşənbə Axşamı 14:45
Hər iştirakçı öz səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcək 2 mahnı ifa etməlidir.
“Eurovision-2012” mahnı müsabiqəsi üçün Azərbaycanın milli seçim turuna sənəd vermiş 119 iştirakçı noyabrın 3-də, 5-də və 7-də ayrı-ayrı qruplar halında İctimai Televiziyada ilkin dinləmədən keçəcək. ANS PRESS-in itv.az saytına istinadən verdiyi məlumata görə, çıxışlarda hər iştirakçı öz səs və səhnə imkanlarını hərtərəfli göstərə biləcək 2 mahnı ifa etməlidir.

Dinləmədən keçən şəxslər milli seçim turunun əsas mərhələsinə qatılacaq və İctimai Televiziyanın canlı efirində yarışacaq. Seçim ötənilki qayda ilə aparılacaq. Azərbaycanın “Eurovision-2012” təmsilçisi münsiflər heyəti və tamaşaçıların rəyi ilə seçiləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar