Eurovision 2012 milli seçim turlarının 2-ci həftəsinə start verilir
05 Dekabr 2011 Bazar Ertəsi 13:04
Bu gündən Azərbaycanın “Eurovision-2012” milli seçim turlarının 2-ci həftəsinə start verilir.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, bu həftənin iştirakçıları Rüfət Əliyev, Mehriban Sadıqova, Fərid Həsənov, İlham Həmidov, Hüseyn Abdullayev, Məryəm Kərimova, Sehri Rəhimova, “Live or Leave” qrupu və Elvin Babazadə olacaq. Bu gün onlar dünya estradasından mahnılarla səhnədə olacaqlar. İştirakçılar həftənin 5 günü canlı yayımda ifalarını təqdim edəcəklər. Həftənin cümə günü isə münsiflər heyətinin və tamaşaçıların SMS səsverməsi nəticəsində qalib bəlli olacaq.

Milli seçim turunu bu gün, saat 22:00-da İctimai Televiziyanın canlı efirində izləmək mümkün olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar