Eurovision 2012 ilə əlaqədar Bakıda qərargah yaradılıb
02 Dekabr 2011 Cümə 20:17
Qərargahda Eurovision 2012 mahnı müsabiqəsi ilə bağlı müxtəlif görüşlər, tədbirlər və digər mərasimlərin keçiriləcəyi nəzərdə tutulur.
Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxt Bakıda qərargah yaradılıb. APA-nın məlumatına görə, qərargah Bakı Biznes Mərkəzində yerləşir.

Qərargahda Bakıda keçiriləcək 57-ci “Eurovision” müsabiqəsi ilə bağlı müxtəlif görüşlər, tədbirlər və digər mərasimlərin keçiriləcəyi nəzərdə tutulur. Qərargahın yaradılması ilə bağlı yaxın günlərdə mətbuat konfransı keçirilərək, ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, “Eurovision-2012” müsabiqəsi ilə bağlı yeni təyinat olub. Bir neçə gün əvvəl Kamran Ağasi müsabiqənin PR meneceri təyin edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar