Eurovision-2011 Azərbaycan təmsilçisinin ilk yarımfinal qalibi
19 Noyabr 2010 Cümə 23:10
Eurovısıon
. Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində baş tutacaq “Eurovision-2011” yarışmasında Azərbaycanı təmsil edəcək şəxsin seçilməsi üçün keçirilən seçimlərin yarımfinal mərhələsinin ilk həftəsinin qalibi 19 yaşlı Çingiz Mustafayev olub. APA-nın məlumatına görə, Çingiz Mustafayev finala vəsiqə qazanan 7 iştirakçıdan biri və ilk finalçı olub. 50% münsiflər heyətinin, 50% isə tamaşaçı səsverməsinə görə 9-cu yerdə Gülçöhrə Babayeva, 8-ci yerdə Ülviyyə Abbasova, 7-ci yerdə Xana Həsənova, 6-cı yerdə Tofiq Hacıyev, 5-ci yerdə Aygün İsmayılova, 4-cü yerdə Zülfünaz Rəcəbova, 3-cü yerdə “Next” qrupu, 2-ci yerdə Adil Baxışlı qərarlaşıb. Bu həftənin qalibi Çingiz Mustafayev olub. O, Azərbaycanı mötəbər “Eurovision” yarışmasında təmsil etməyə bir addım da yaxınlaşıb. Həftənin son gününün aparacılığını həyata keçirən Hüsniyyə Məhərrəmova bildirib ki, Avropa Yayımlar Birlyiinin (EBU) qaydalarına uyğun olaraq həyata keçirilir. İlk həftənin sonuncu günündə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, tanınmış stilist Anar Ağaşikiyev, eləcə də Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə rəsmi fan-klubu olan “Ogae-Azerbaijan”ın üzvləri iştirak ediblər. Həftənin sonuncu günü tamaşaçılar tərəfindən çoşğu ilə qarşılanıb.

Noyabrın 15-dən start götürən yarımfinal mərhələsinin ilk həftəsində 11 iştirakçı mübarizə aparmalı olsa da, ilk gündən 10 nəfər canlı efirə gəlib. İlk həftədə perfomansını birinci olaraq nümayiş etdirməli olan Nuranə Ələsgərova səhhətindəki problemlər səbəbindən çıxış edə bilməyib. Yarımfinalın növbəti günü isə ilk həftənin birinci günü Türkiyədən bu seçimlərdə iştirak etmək üçün Bakıya gələn Tarık Yigit də ikinci gün canlı yayıma qatılmayıb. Tarık Yigitin bu addımının səbəbi açıqlanmasa da, onun sonradan bu istəkdən imtina etdiyi deyilir.

Qeyd edək ki, yarımfinal mərhələsi bundan sonra 6 həftə də davam edəcək. Hər həftə 11 namizəd öz istedadlarını nümayiş etdirəcək və səsvermə yolu ilə 11-dən 1-i finala keçəcək. Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisi həmin o 7 nəfər arasından seçiləcək. Artıq o 7 nəfərdən bir nəfərin kimliyi məlumdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar