Eurovision-2011 müsabiqəsi üçün mahnıların qəbuluna başlanılıb. Mahnı qəbul bir ay davam edəcək.
“Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin ifa etməsi üçün mahnıların qəbuluna başlanılıb. Bu barədə məlumatı İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov verib. “Eurovision” müsabiqəsinin şərtlərinə uyğun müsabiqəyə təqdim edilən mahnının səsləndirmə müddəti 3 dəqiqədən çox olmamalıdır. Mahnıların qəbulu bir ay davam edəcək. Müsabiqə üçün musiqi yazan bəstəkarlar mahnılarını İTV-yə ərizə formasında və ya
[email protected] e mail ünvanına göndərə bilərlər. Bu müsabiqəyə xarici bəstəkarlar da qatıla bilərlər.
Mahnı qəbulu başa çatdıqdan sonra peşəkar münsiflərin rəyi ilə təqdim olunacaq musiqilər arasından “Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnı müəyyənləşdiriləcək.
Müsabiqəyə təqdim olunan mahnı bu tarixədək heç bir yerdə səslənməməlidir. Eyni zamanda ərizə verənlər mahnının sözlərini də oraya əlavə etməlidirlər. ANSPRESS