“Eurovision-2010” müsabiqəsinin ilk 10 finalçısı məlum oldu
26 May 2010 Çərşənbə 02:15
Finalda Rusiya, Bosinya və Hersoqovina, Moldova, Yunanıstan, Portuqaliya, Belarus, Serbiya, Belçika, Albaniya və İslandiya təmsilçiləri iştirak edəcəklər.
Osloda “Eurovision-2010” mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib.
İlk yarımfinalda 17 iştirakçı arasından Rusiya, Bosinya və Hersoqovina, Moldova, Yunanıstan, Portuqaliya, Belarus, Serbiya, Belçika, Albaniya və İslandiya təmsilçiləri finala vəsiqə qazanıb. Estoniya, Slovakiya, Finlandiya, Latviya, Polşa, Malta və Makedoniya nümayəndələri isə müsabiqəni yarımfinal mərhələsində tərk edib.
Daha 10 finalçı isə mayın 28-nə keçən gecə baş tutacaq ikinci yarımfinalda müəyyənləşəcək. Final mayın 30-na keçən gecə keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: