Eurovision 2010 müsabiqəsində 39 ölkə təmsil olunacaq
31 Dekabr 2009 Cümə Axşamı 23:15
2010-cu ilin mayında Osloda keçiriləcək Eurovision 2010 müsabiqəsində 39 Avropa ölkəsi təmsil olunacaq.
APA-nın məlumatına görə, müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyi (EBU) bu 39 ölkənin adını elə bu gün, 2009-cu ilin son günündə açıqlayıb. “Eurovision-2010” müsabiqəsində təmsil olunacaq 39 ölkənin adı müsabiqənin rəsmi internet saytında yerləşdirilib. “Eurovision-2010” müsabiqəsinin iştirakçı ölkələrinin adları belədir: Azərbaycan, Albaniya, Belarus, Belçika, Ermənistan, Bosnya və Hersoqovina. Bolqarıstan, Xorvatiya, Yunanıstan, Danimarka, Estoniya, Finlandiya, Fransan, Makedoniya, Gürcüstan, Almaniya, Kipr, İslandiya, İrlandiya, İsrail, Latviya, Litva, Malta, Moldova, Niderland, Norveç, Polşa, Ruminiya, Rusiya, Serbiya. Slovakiya, İspaniya, İsveç, İsveçrə, Turkiyə, Ukrayna və Böyük Britaniya.

Xəbərdə bildirilib ki, hər il olduğu kimi 2010-cu ildə də təmsilçi böyük dördlük olan Fransa, Almaniya, İspaniya və Böyük Britaniya, eyni zamanda müsabiqəyə 2010-cu ildə ev sahibliyi edəcək Norveç birbaşa mayın 29-da keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb.
Digər 34 ölkə mayın 25-i və 27-də keçiriləcək yarımfinallarda iştirak edəcək və hər yarımfinaldan 10 ölkə finala vəsiqə qazanacaq. “Eurovision-2010” müsabiqəsinin qalibi isə finalda iştirak edəcək 25 ölkə təmsilçisi arasından seçiləcək. EBU bildirir ki, 2010-cu ilin martın 22-də 34 ölkənin I və ya II yarımfinalda iştirak edəcəyi açıqlanacaq.

Müsabiqənin icraçı direktoru Svante Stokselius bildirib ki, 2010-cu ildə keçiriləcək 55-ci “Eurovision” müsabiqəsinin şərtlərində bir sıra dəyişikliklər edilib. Bu dəyişiklər arasında isə həm yarımfinal, həm də final mərhələsində qalibin seçilməsi 50 faiz münsiflərdən, 50 faiz isə tamaşaçılardan gələn səslərlə seçiləcək. S. Stockselius onu da deyib ki, dünya ölkələrində yaşanan iqtisadi böhrana baxmayaraq “Eurovision” müsabiqəsində 39 ölkənin iştirak etməsi bu müsabiqəyə olan böyük maraqdan xəbər verir: “Gürcüstanın yenidən bu yarışmaya qayıtmasına çox şadıq və əminəm ki, Osloda keçriiləcək yarışma çox maraqlı və sürprizlərlə dolu olacaq. “Eurovision-2010” müsabiqəsinin Avropaya çoxsaylı hitlər qazandırcağına ümid edirəm”.

Əlavə edək ki, Moskvada keçirilən “Eurovision-2009” müsabiqəsində iştirakçı ölkələr arasından Çernoqraya, Macarıtan, Çexiya və Andorra gələnilki müsabiqədə iştirakdan imtina ediblər. Ölkələrin imtinalarının səbəbi kimi isə iqtisadi böhran göstərilir. “Eurovision-2009” müsabiqəsində iştirakdan imtina edən Gürcüstan, “Eurovision-2010” müsabiqəsində yenidən iştirakına qərar verib.APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar