Eurovision-2009 mahnı müsabiqəsi
17 Mart 2009 Çərşənbə Axşamı 12:10
Bu ilin mayında Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri mayın 14-də II yarımfinalda 12 nömrə altında çıxış edəcəklər.
APA-nın “Eurovision” müsabiqəsinin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, martın 16-da Moskvada keçirilən müsabiqədə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərlərinin görüşündən sonra ölkələrin hansı nömrəsini müəyyənləşdirmək üçün püşkatma mərasimi keçirilib. Keçirilən görüşdə müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyi Gürcüstanın bu müsabiqədə iştirakdan imtina etməsi qərarını qəbul edib. Beləliklə də “Eurovision-2009” yarışmasında ümumilikdə 42 ölkənin təmsilçiliyi qərar alınıb. Püşkatmada məlum olub ki, mayın 12-də keçiriləcək I yarım finalda – Monteneqro 1-ci, Çexiya 2-ci, Belçika 3-cü, Belarus 4-cü, İsveç 5-ci, Ermənistan 6-cı, Andorra 7-ci, İsveçrə 8-ci, Türkiyə 9-cu, İsrail 10-cu, Bolqarıstan 11-ci, İslandiya 12-ci, Makedoniya 13-cü, Rumıniya 14-cü, Finlandiya 15-ci, Portuqaliya 16-cı, Malta 17-ci, Bosniya və Hersoqovina 18-ci sırada çıxış edəcəklər. Mayın 14-də keçiriləcək II yarımfinalda isə birinci olaraq səhnəyə Xorvatiya təmsilçisi çıxacaq. Onun ardınca İrlandiya, Latviya, Serbiya, Polşa, Norveç, Kipr, Slovakiya, Danimarka, Sloveniya, Macarıstan, Azərbaycan, Yunanıstan, Litva, Moldova, Albaniya, Ukrayna, Estoniya, Niderland təmsilçiləri hazırladıqları mahnını nümayiş etdirəcəklər. Birbaşa final mərhələsində iştirak etmək hüququ qazanan beş ölkənin də final mərhələsindəki sıra nömrəsi məlum olub. Mayın 16-da keçiriləcək final mərhələsində Fransa 3, Rusiya 10, Almaniya 17, Böyük Britaniya 23 və İspaniya təmsilçisi 25 nömrə altında çıxış edəcək.
 
APA
 


DOSTLARINLA PAYLAŞ:

oyunlar