“Eurovision-2009” finalında 11-ci çıxış edəcəyik
15 May 2009 Cümə 10:20
İkinci yarımfinalda uğurla çıxış edərək finala vəsiqə qazanan ölkələrin təmsilçiləri yarış başa çatdıqdan sonra mətbuat konfransı keçiriblər.
APA-nın Moskvaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, onlar mətbuat konfransında finalda hansı nömrə altında çıxış edəcəklərini püşklə müəyyənləşdiriblər. Azərbaycan təmsilçiləri qabdan 11-ci nömrəni çıxarıblar. Xorvatiya 5, Norveç 20, Danimarka 16, Yunanıstan 8, Litva 1, Moldova 13, Albaniya 11, Ukrayna 21, Estoniyanın isə finalda 15-ci çıxış edəcəyi bəlli olub.

Mətbuat konfransında Azərbaycan təmsilçiləri Aysel və Araş finala vəsiqə qazanmaları münasibətilə bir-birini təbrik ediblər. Araş duet ortağına çiçək hədiyyə edib. Aysel isə Araşa müraciət edərək, “Çox gözəl çıxış etdin, hər şey üçün təşəkkür edirəm”, söyləyib. Aysel Araşa finalda da qələbə arzulayıb və ona yaşıl qaşlı zəncir bağışlayıb.

Jurnalistlərin suallarını cavablandıran Aysellə Araş finalda da uğur qazanacaqlarına əmin olduqlarını söyləyiblər.

Digər təmsilçilər də jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.

Mətbuat konfransından sonra finalçılar qələbəni “Eurodom”da qeyd ediblər.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar