Ermənilər Süsən sünbül adlı xalq mahnımızı oğurlayıb (VİDEO)
17 İyun 2011 Cümə 12:18
“Xalq müğənnisi” musiqi yarışmasında Nişam Manuçaryan adlı iştirakçı “Süsən sünbül” mahnısını erməni dilində ifa edib.
Ermənilər torpaqlarımızla kifayətlənməyib, bizim mədəniyyətimizi də mənimsəməkdə davam edirlər. Onlar bu dəfə xalq mahnımız “Süsən sünbül”ü erməni mahnısı kimi təqdim ediblər. Ermənistanın ictimai kanalı vasitəsilə yayımlanan “Xalq müğənnisi” musiqi yarışmasında Nişam Manuçaryan adlı iştirakçı “Süsən sünbül” mahnısını erməni dilində ifa edib. Xalq mahnımızın müəllifi isə erməni aşığı aşıq Şeram kimi qeyd olunub. Yarışmanın həmin həftəsi aşıq Şerama həsr olunub və ifa olunan bütün mahnılar onun repertuarına aid olub. “Süsən sünbül” erməni dilində “Alvan varter” adı ilə ifa olunub. Bu ifadə dilimizə tərcümədə isə “Əlvan qızılgüllər” mənasına gəlir.

Qeyd edək ki, “Süsən sünbül” ermənilər tərəfindən mənimsənilən ilk mədəni sərvətimiz deyil. Onlar indiyə qədər bir çox xalq və bəstəkar mahnılarımızı öz adlarına çıxararaq erməni mahnısı kimi təqdim ediblər. ANSPRESS






DOSTLARINLA PAYLAŞ:

oyunlar