Ermənilər dünya şöhrətli opera ifaçısı Alessandro Safinanı bezdirdilər
29 Sentyabr 2011 Cümə Axşamı 11:58
Alessandro Safina İrəvanda keçirilən mətbuat konfransını yarımçıq tərk edib.
Ermənilər dünya şöhrətli italiyalı opera ifaçısını küsdürüblər. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Alessandro Safinanın ötən gün İrəvanda keçirilən mətbuat konfransı qalmaqalla nəticələnib. Təhqir olunan müğənni mətbuat konfransını yarımçıq qoyaraq zalı tərk edib.
Qalmaqalın başlamasına səbəb isə erməni jurnalistlərdən birinin verdiyi sual olub. Ondan Ermənistan haqqında bilib0bilmədiyi soruşulub. Safina bu suala "Mən sizin mədəniyyətlə bir az tanışam, Şarl Aznavur haqqında daha çox şey bilirəm", deyə cavab verib.
Daha bir erməni jurnalist isə opera ifaçısından qondarma erməni soyqırımı haqqında eşidib-eşitmədiyi ilə maraqlanıb. Bundan sonra mətbuat konfransının moderatorları jurnalistin hansı orqandan olması ilə maraqlanıblar. Daha sonra moderatorla jurnalist arasında səs tonunun yüksək olması üstündə mübahisə yaranıb. Bu vaxt özünü təhqir olunmuş hesab edən və baş verənləri anlamayan tanınmış sənətçi "Yəqin mən Ermənistanla gəlməklə hər hansı günah iş tutmuşam" deyərək etiraz əlaməti olaraq zalı tərk edib.
Qeyd edək ki, əvvəlcə İrəvanda başqa bir tanınmış müğənni Sezari Evorinin konsertinin keçirilməsi nəzərdə tutmuşdu. Ancaq o, iflic olduğu üçün konserti təxirə salınıb. Həmin günə Alessandro Safinanın konserti təyin edilib.
Xatırladaq ki, A.Safina dünyanın ən məşhur konsert zallarında çıxış edib. O, rekord sayda disklərinin satışı ilə də diqqət mərkəzində olub. Onun ifası tanınmış "Xaç atası" filmi, "Klon" serialında da səslənib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: