Ermənilər daha bir Azərbaycan mahnısını oğurladılar
12 Mart 2013 Çərşənbə Axşamı 12:58
Eiml Şahin: Bu dəfə hədəf mən oldum.
"Təcavüzkar ermənllər tərəfindən növbəti oğurluq. Bu dəfə hədəf biz olduq. Mənim şah əsərim, sözləri Yusif Agayeva məxsus, ifası təkrarolunmaz Röya tərəfindən canlanan "Eşqim" mahnısı oğurlandı".

Mahnısı ermənilər tərəfindən oğurlanan bəstəkar Emil Şahin bu sözlərlə həyacan təbili çaldı. Bir çox hitlərin müəllifi ANS PRESS-ə açıqlamasında "Eşqim" mahnısının ermənilər tərəfindən oğurlandığını bildirdi: "Ermənilər həmişə bizim mahnılarımızı oğurlayıblar. Bu dəfə hədəf mən oldum. Mənim şah əsərim, sözləri Yusif Agayeva məxsus , ifası təkrarolunmaz Röya tərəfindən canlanan "Eşqim" mahnısı oğurlandı".

Mahnısının həyasızcasına mənimsənilməsindən qəzəblənən bəstəkar, hisslərini bu sözlərlə büruzə verdi: "Ey bədbəxtlər, nə kökünüz var, nə mədəniyyətiniz. Nə dünəniniz, nə bu gününüz, nə də sabahınız. Nə keçmişiniz, nə gələcəyiniz. Nəyiniz var axı? Ancaq təcavüz, yalan, böhtan, pis əmələr, düşmənçilik, oğurluq. Ömür boyu bizim kölgəmizdə gizlənmək istəmisiniz . Bizə məxsuz olan, ulu babalarımızdan gqlan hər şeyi öz adınıza çıxarmaq istəmisiniz. Lakin onu bilin və unutmayın ki, Ermənistan keçmiş SSRİ xəritəsində ərazi üzrə ən kicik ölkədi. Belə olub və olacaq. Bizim Vətənimiz Azərbaycan həmişə dillər əzbəri olub, fəxrlə deyilib, nailiyətləri ilə seçilib, həmişə öndə olub və olacaq!"

Röya "Eşqim"


Edqar Qevorkyan "Prosti menya za vse qrexi"


DOSTLARINLA PAYLAŞ:

oyunlar