"Ənənəvilik və müasirlik" adlı sərgi keçirilib
14 Yanvar 2010 Cümə Axşamı 23:35
Müsabiqədə 15 ölkədən 200-ə yaxın müəllif iştirak edib
Muzey Mərkəzində “Ənənəvilik və müasirlik” adlanan müsabiqənin yekunlarına həsr olunmuş sərginin açılış mərasimi keçirilib. Mərhum heykəltəraş Müslüm Eldarovun xatirəsinə həsr olunmuş beynəlxalq foto müsabiqə üçüncü dəfədir baş tutur. Müsabiqənin təşkilat komitəsinin üzvü, əməkdar rəssam Ağəli İbrahimovun sözlərinə görə, tədbir 2001 və 2005-ci illərdə keçirən eyniadlı müsabiqələrin məntiqi davamıdır. Bu genişmiqyaslı mədəni layihənin həyata keçirilməsinin təşəbbüskarı isə məhz rəssam və ictimai xadim Müslüm Eldarov olub.
“Ənənəvilik və müasirlik” adlı 3-cü beynəlxalq foto müsabiqədə 15 ölkədən 200-ə yaxın müəllif iştirak edib. Yaraşmaya Azərbaycan daxil olmaqla Rusiya, Ukrayna, Latviya, Qazaxıstan, Özbəkistan, Monako və başqa ölkələrdən olan gənc fotoqrafların müxtəlif mövzularda olan 2000-ə yaxın əl işi təqdim edilib.
Tədbirdə həmçinin müsabiqədə qalib gələn fotoqraflar mükafatlandırılıb. Müsabiqənin əsas mükafatına isə azərbaycanlı fotoqraf Leyla Quliyeva layiq görülüb. Onun “İçəri şəhər” adlanan foto əsəri 1-ci yer qazanıb.
Müsabiqədə digər yerləri isə Latviya, Qazaxıstan və Ukraynadan olan iştirakçılar tutub. Qaliblərə diplomlar təqdim edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: