En çox ermeni yaşayan ölkede Azerbaycan cazı
18 May 2013 Şənbə 12:29
Fransanın Leql şəhərində Azərbaycan günləri ilə bağlı tədbir keçirilib.
Azərbaycanı Fransada tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində bu ölkədə keçirilən “Azərbaycan günləri” ilə bağlı növbəti tədbir Leql şəhərində təşkil olunub.

ANS PRESS-in Heydər Əliyev Fondunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sərginin açılışında çıxış edən Leql şəhərinin meri Tierri Pino ölkəmizi bir qədər tanıdığı, qərblə şərq arasında yerləşən, qədim tarixə malik Azərbaycanın mədəni dəyərlərlə zəngin, Avropa mədəniyyətli diyar olduğunu söyləyib. Azərbaycana səfərini xatırladan mer ölkəmizdən böyük təəssürat aldığını, iqtisadiyyatının sürətlə inkişaf etdiyini, xalqımızın çox müasir, uzun əsrlik mədəniyyətimizin dərin kökləri olduğunu vurğulayıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi təqdim edən T.Pino 500 minlik əhalisi olan Gəncənin ölkəmizin qərbində yerləşdiyini, əsas sənaye mərkəzlərindən biri olduğunu bildirib.

Dünyəvi dövlət olan Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin mövcudluğunun mühüm əhəmiyyətini vurğulayan mer burada etnik qrupların dostluq, mehriban və harmonik yaşadığını deyib, 20 ildən bir qədər artıq dövrdə müstəqilliyin qazanan Azərbaycanın gənc bir dövlət olduğunu, nəinki Qafqazda, habelə Şərq aləmində ilk dəfə demokratik qurluşlu dövlət yaratdığını və hazırda demokratiya yolunda inamla addımladığını, Leql ilə Naftalan şəhərinin qardaşlaşmasının iki xalq arasında dostluq əlaqələrinin inkişafında mühüm əhəmiyyətini qeyd edib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov sərgi və konsertin ölkəmizi xaricdə daha yaxşı tanıtmaq üçün Heydər Əliyev Fondunun təşkilatçılığı və səfirliyin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində həyata keçirildiyini, mədəniyyətimizin müxtəlifliyini və zənginliyini diqqətə çəkib. Azərbaycanın tarixən çox qədim bir ölkə olduğunu xatırladan səfir burada müxtəlif mədəniyyətə, dinlərə və dillərə malik etnik qrupların yaşadığını, onun qədim İpək yolu üzərində yerləşdiyini bildirib.

Qeyd olunub ki, 22 il bundan əvvəl müstəqilliyini bərpa edən Azərbaycan öz mədəniyyətini Fransada tanıtmağa səy göstərir. Bir neçə gün bundan əvvəl Leqllə Azərbaycanın qardaşlaşmasına dair rəsmi sənəd imzalanıb. Bu sənədin imzalanması istiqamətində 3-4 il ərzində iş aparılıb.

Səfir paytaxt Bakı şəhərinin qədim mədəni abidələrlə zəngin olduğunu və onların bir çoxunun UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edildiyini xüsusi vurğulayıb, səyahəti sevən fransızları Azərbaycana dəvət edib.

Şəhər sakinləri sərgidə nümayiş etdirilən qədim xalçalara, xurcunlara, qadın və kişi geyimlərinə, misgərlik və dulusçuluq sənəti nümunələrinə, musiqi alətlərinə və digər eksponatlara tamaşa ediblər.

Şəhər bələdiyyəsinin binasında etno-caz musiqisindən ibarət konsert təşkil olunub. Konsertdə Əfqan Rəsul, Etibar Əsədli, Ruslan Hüseynov, Elvin Bəşirov və Rafael Alıyev çıxış ediblər.

Konsertin sonunda şəhərin meri Tierri Pino tədbirin təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

1
2
3
4
5
6
00


DOSTLARINLA PAYLAŞ:

oyunlar