Emil Əfrasiyaboğlu Azərbaycanı Montre Caz Festivalında təmsil edəcək
24 İyun 2011 Cümə 11:24
Azərbaycan bu il İsveçrədə ənənəvi olaraq keçirilən Montre Caz Festivalında Emil Əfrasiyaboğlu tərəfindən təmsil olunacaq.
APA-nın məlumatına görə, “Montreux Jazz Festival-2011” iyulun 1-dən 16-na kimi davam edəcək. Dünyanın ən məşhur caz festivallarından olan “Montreux Jazz Festival”da Azərbaycanı Emil Əfrasiyaboğlu təmsil edəcək.
Azərbaycanın istedadlı pianoçusu festival çərçivəsində keçiriləcək müsabiqədə “Ən yaxşı pianoçu” nominasiyasında mübarizə aparacaq. Xatırladaq ki, ötən il Montre Caz Festivalının qalibi məhz azərbaycanlı cazmen İsfar Sarabski olub. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar