Əməkdar jurnalist Aqşin Kazımzadə dəfn olundu
11 İyun 2011 Şənbə 18:36
74 yaşında ürək xəstəliyindən vəfat edən əməkdar jurnalist bu gün Yasamal qəbirstanlığında torpağa tapşırıldı
74 yaşında ürək xəstəliyindən vəfat edən əməkdar jurnalist Aqşın Kazımzadə bu gün Yasamal qəbirstanlığında torpağa tapşırıldı.

ANS PRESS-in məlumatına görə, Aqşin Kazımzadə Azərbaycanın sayılıb-seçilən jurnalistlərindən olub. O, 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunda təhsil alarkən jurnalistikaya ilk qədəmlərini “Molodyoj Azerbaydjana” qəzetində qoyub. “Sovetski sport”un Azərbaycan üzrə yeganə azərbaycanlı bölgə müxbiri işləyib. Aqşin Kazımzadə “Bakinski raboçi”, “Vışka” və Bakıda nəşr olunan digər rusdilli qəzetlərdə müxtəlif vəzifələrdə çalışıb. 2001-ci ildən “Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri işləyirdi. “Əməkdar jurnalist” adına, “Qızıl qələm” mükafatına və çoxsaylı fəxri fərmanlara layiq görülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar