Ellinin yeni sayının yenilikləri
01 Fevral 2011 Çərşənbə Axşamı 15:35
Jurnal istedadların üzə çıxmasına yardım edəcək
Azərbaycanda 8-14 yaşlı oxucular üçün nəzərdə tutulan yeganə uşaq jurnalı - "Elli"nin yeni sayı artıq satışdadır. ANS PRESS-in məlumatına görə, jurnalın fevral sayı bir-birindən maraqlı mövzularla yanaşı, yeni və çox maraqlı layihə təqdim edir. Jurnalda ilk dəfə olaraq komiks kitabı yaranmaqdadır. Maraqlı süjet təklif edən jurnal oxucularına onun davamını yazmağı təklif edir. Ən uğurlu versiyalar macəranın davamına dönür. "Sehrli tunel" adlanan kitabın bir maraqlı cəhəti də var: hər bölmə məntiqi tapşırıqla bitir. Oxucular həm gizli şifrələri açmalı, həm də fantaziyaları sayəsində əsəri davam etdirməlidirlər.

Bundan əlavə jurnal Milli Azərbaycan Tarix Muzeyi ilə birgə "Fəza təfəkkürünü öyrənirik" adlı yeni rubrika yaradıb. Bu rubrikada təqdim edilən müxtəlif zəka oyunları istedadların üzə çıxmasına yardım edir. Fəza təfəkkürünü əxz etməkdə uğur qazanan uşaqlar "Elli"nin təşəbbüsü ilə dərhal mütəxəssislərin nəzarəti altına keçir.

Dərginin fevral buraxılışında həmçinin qrip virusu haqqında çox maraqlı və maarifləndirici məqalə, virusun xüsusiyyətləri, orqanizmə təsiri və ondan qorunmağın yolları, inkişafa mane olan komplekslərdən azad olmaq üçün faydalı məsləhətlər, vaxtın dəyərini anlatmaq üçün isə oxuculara İslamın vacib hökmləri, ən maraqlı yeniliklər, elmi kəşflər barədə məlumatları oxumaq olar.

Jurnal tezliklə satışda olacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar