Elizabet Teylor ürəyindən əməliyyat olunacaq
07 Oktyabr 2009 Çərşənbə 02:15
Əfsanəvi Hollivud aktrisası Elizabet Teylor bununla bağlı pərəstişkarlarına müraciət edib
Əfsanəvi Hollivud aktrisası, “Kleopatra” filminin ulduzu Elizabet Teylor ürəyindən əməliyyət olunacaq. O, “Twitter” internet şəbəkəsindəki səhifəsində bu barədə məlumat verib. 77 yaşlı aktrisa yazıb: “Əziz dostlar, qəzetlər yaymadan sizə məlumat vermək istəyirəm ki, ürəkdə prosedurun aparılması üçün xəstəxanada yatacam. Mənə ünvanlanan dualara görə dərindən minnətdar olaram. Hər şey bitdikdən sonra sizə məlumat verəcəm. Sizi sevirəm”. Aktrisanın sözlərinə görə, əməliyyət çox müasir olacaq. Əsas məqsəd xüsusi mikroqurğu vasitəsilə ürək qapağının fiksaj edilməsidir.
Elizabet Teylor ilk dəfə deyil ki, xəstəxanaya düşür. O 1980-ci illərdə alkoqolizmdən müalicə olunub. 1997-ci ildə isə həkimlər onda beyin şişi aşkarlayıblar. 2006-cı ildə Elizabet Teylor televiziya ilə xüsusi bəyanatla çıxış edərək, Altsgeymer xəstəliyindən əziyyət çəkməsi barədə məlumatları təkzib edib. Məşhur aktrisa 2008-ci ildə də xəstəxanada yatıb. O vaxt KİV-də Elizxabet Teylorun həyatının təhlükədə olması barədə əməlumatlar yayılsa da, aktrisanın yaxınları bunu yalanlamışdılar.
Onlarla filmə çəkilən və çoxlu sayta kino mükafatı alan Hollivudun gözəl aktrisası səkkiz dəfə ərdə olub. O, “Kleopatra” filmindəki tərəf müqabili Riçard Bartona iki dəfə ərə gedib. Yaxınlarının sözlərinə görə, yaxın dostu Mayl Ceksonun vaxtsız ölümü aktrisaya çox pis təsir edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar