Əlixan Səmədov yeni albom hazırlayır
13 Oktyabr 2009 Çərşənbə Axşamı 12:10
Dünya şöhrətli azərbaycanlı balaban ifaçısı Əlixan Səmədov diski bu ilin sonuna kimi işıq üzü görək
20 ilə yaxındır ki, Türkiyədə yaşayan, bu zamana kimi dünyanın 45 ölkəsində konsertlər verən, dünya şöhrətli azərbaycanlı balaban ifaçısı Əlixan Səmədov səkkizinci albomu üzərində işləyir. Bununla bağlı yerli media mənsublarına məlumat verən musiqiçi bildirib ki, artıq hazırlıqlarına başlanan albomda xalq mahnıları yer alacaq. Məlumata görə, Əlixan Səmədovun bu diski Bolqarıstanda “World Music” musiqi şirkətində hazırlanacaq. Yeni diskin bu ilin sonuna kimi işıq üzü görəcəyi bildirilir.
Qeyd edək ki, Əlixan Səmədov 1993-cü ildən etibarən Türkiyədə yaşayır və qısa müddətdə balabanda peşəkar ifası ilə dünyaya səs salıb. Musiqiçinin ilk albomu da “Balaban” adı altında hazırlanmışdı. Azərbaycanlı Əlixan Səmədov 1993-cü ildə “Xalq Rəqsləri yarışması”nın “ən yaxşı musiqiçi”, 1996-cı ildə “Ən yaxşı musiqi və ən yaxşı musiqiçi”, 1997-ci ildə “Milliyyət qəzetinin” xüsusi mükafatına layiq görülüb, 2005-ci ildə “Musiqi çalışmalarından dolayı”, 2007-ci ildə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub. Bundan əlavə Ə.Səmədov bu illər ərzində Türkiyə ilə yanaşı, Almaniya, Fransa, Yaponiya, İspaniya, Sinqapur, Makedoniya, Kosova, Rumıniya, Yunanıstan, Bolqarıstan kimi ölkələrdə konsert proqramları ilə çıxış edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: