Eldar və Nigar Türkiyə TV'sinə tərcüməçi ilə çıxdı
11 İyun 2011 Şənbə 01:56
"Eurovision-2011"-in qalibləri "Bəyaz şou" proqramının qonağıdır
“Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nicar Camal bu dəqiqələrdə Türkiyənin “Kanal D” telekanalında “Bəyaz şou” proqramının qonağıdır. Türkiyə televiziya məkanının ən nüfuzlu tok-şoularından olan və Bəyazid Öztürkün apardığı proqramda iştirak edən tamaşaçılar Eldar və Nigarı Azərbaycan bayraqları ilə qarşılayıblar. Demək olar ki, iştirakçıların əksəriyyətinin əlində Azərbaycan bayraqları var. Bundan başqa, zalda böyük Azərbaycan bayrağı da görünür.

Amma nə qədər qəribə olsa da, Bəyazid Öztürk proqrama Eldar və Nigar üçün tərcüməçi də dəvət edib. “Eurovision-2011”-in qaliblərinə tərcüməçiliyi Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva edir. Aparıcının özü Eldar və Nigarla anlaşmaqda çətinlik çəkmədiklərini desə də, verilişə eyni dildə danışan qonaqlar üçün niyə tərcüməçi dəvət etdiyinə izah verməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar