Dünya ulduzları qadınların müdafiəsinə qalxdı
03 İyun 2013 Bazar Ertəsi 10:01
Londonda Beyonsın hedlaynerliyi ilə möhtəşəm xeyriyyə konserti baş tutub.
Londonda qadın hüquqlarının müdafiəsinin təbliğatı məqsədilə "Sound of Change", yəni "Dəyişikliklərin Səsi" adlı xeyriyyə konserti baş tutub. Konsertin hedlayneri məşhur amerikalı müğənni Beyons olub. 50 min nəfərlik auditoriyanın qarşısında "Crazy in Love" mahnısını ifa edən Beyonsa həyat yoldaşı Cey-Zi də qoşulub. Beyons gecədə "Destiny`s Child" qrupunun hiti olan "Survivor" mahnısını da ifa edərək, tamaşaçıları coşdurub.

Xeyriyyə konsertində Cenifer Lopez, Madonna, Meri Cey-Blayc, Con Lecend, Rita Ora və Timbaland kimi ifaçılar da səhnəyə çıxıb.

"Sound of Change" xeyriyyə aksiyasına qoşulanlar arasında Ayşvarya Ray, Ceyda Smit, Rayan Reynolds, Cessika Çesteyn kimi kino ulduzları da olub. Böyük Britaniya şahzadəsi Harri isə videoyazı ilə müraciət edərək, qadın hüquqlarının müdafiəsinə dəstəyini nümayiş etdirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar