Dövlət İncəsənət Muzeyinə Milli Muzey statusu verildi
16 İyun 2011 Cümə Axşamı 10:38
Dövlət İncəsənət Muzeyinə Milli Muzey statusu verildi. Bu barədə Nazirlər Kabineti qərar verib.
Nazirlər Kabineti Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinə Milli Muzey statusu verilməsi barədə qərar qəbul edib. Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən məlumata görə, Nazirlər Kabineti Maliyyə Nazirliyinə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etməyi tapşırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar