Dövlət Film Fondu zənginləşir
18 Avqust 2010 Çərşənbə 17:15
Dövlət Film Fondu zənginləşir. Rafiq Babayev və Eldar Mansurovun şəxsi arxiv fondu yaradılıb.
Azərbaycan Dövlət Film Fondu yeni sənədlərlə zənginləşdirilib. ANS PRESS-in məlumatına görə, musiqi sənətinin inkişafına dəyərli töhfələr vermiş xalq artisti Rafiq Babayevin və əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurovun şəxsi arxiv fondu yaradılıb.
Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev Rafiq Babayevin şəxsi arxiv fondunun qızı Farizə Babayeva tərəfindən Fonda təqdim olunan fotosənədlər və başqa arxiv materiallar əsasında yaradıldığını bildirib.
Tezliklə Eldar Mansurov atası, görkəmli tarzən, xalq artisti Bəhram Mansurovun da şəxsi kino arxivini fonda təqdim edəcək.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: