Dəməşq kinofestivalının qalibi ərəb filmi oldu
14 Noyabr 2010 Bazar 02:35
Sonrakı mükafatlar isə İran və Suriya istehsalı olan filmlərə verilib.
Əlcəzair əsilli Fransa rejissoru Rəşid Buşarebin “Qanundan kənar” (Hors la Loi) filmi 18-ci beynəlxalq Dəməşq kinofestivalının birinci mükafatını qazanıb. Film üç qardaşdan bəhs edir. Onlardan biri Parisdə Əlcəzairin koloniya əsarətindən azal olunması uğrunda hərəkatın başçısına çevrilir. “Qanundan kənar” filmi həm də ən yaxşı ərəb filmi seçilib və buna görə ayrıca mükafat alıb.

Festivalın gümüş mükafatı İran istehsalı olan “Narahat etməmək xahiş olunur”, bürünc mükafat isə Suriya istehsalı olan “Sentyabr yağışı” filminə verilib.

Ən yaxşı kişi rolunun fiadçısı rumıniyalı aktyor George Pişteryanı, ən yaxşı qadın rolunun ifaçısı isə alman aktirsa Qabriela Mariya Şmayde olub. Ən yaxşı rejissor işinə görə mükafata isə türkiyəli kino rejissoru Rehe Ərdəmə “Kosmos” filminə görə layiq görülüb.

Ümumilikdə 18-ci Dəməşq kino festivalında 24 kino əsəri təqdim olunub. Festivalın keçirildiyi bir həftə ərzində suriyalı tamaşaçılar 26 ölkənin istehsalı olan 222 filmə baxmaq imkanı qazanıblar.

Qeyd edək ki, Dəməşq festivalında əsasən kiçik büdcəli filmlər təmsil olunub. Belə filmlər Qərbdəki kino festivalarına nadir hallarda gedə bilirlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar