Coşqun Rəhimov 15 günə qədər mart konserti üçün məşqlərə başlayır
17 Yanvar 2011 Bazar Ertəsi 00:10
Müşfiq Abbasov aktyor Coşqun Rəhimov un Türkiyədə müalicəsini başa vuraraq qayıtdığını bldirib.
“Bu Şəhərdə” yumoristik qrupunun aktyoru Coşqun Rəhimov Türkiyənin İzmir şəhərində müalicəsini başa vuraraq Bakıya qayıdıb. Bu barədə məlumatı telekanallardan birində çıxış edən qrupun prodüsseri Müşfiq Abbasov verib. Aktyorun səhhətinin qənaətbəxş olduğunu deyən Müşfiq Abbasov tezliklə mart ayında təqdim olunacaq konsert proqramı üçün məşqlərə başlayacaqlarını deyib: “Artıq gəlmişik, Coşqun evdədir və səhhəti də yaxşıdır. Yüngülvari müalicəsi qalıb, İnşallah o da bitir. Məşqlərə başlayırıq və martda keçiriləcək konsertə hazırlaşırıq”.

Coşqunun səhhətində heç bir problem qalmadığını deyən prodüsser hal-hazırda aktyorun istirahət etdiyini bildirib: “İzmirdə həkimlər burda keçirilən əməliyyatın nəticələrinə baxdılar. Onlar burdakı əməliyyatın yüksək səviyyədə keçirildiyini bildiriblər. Hər şey əladır və Coşqunun səhhətində heç bir problem yoxdur. Sadəcə olaraq onun 10 – 15 günlük istirahətə ehtiyacı var ki, tam yaxşı olsun. Həkimlər bildirdi ki, 15 gündən sonra “Köhnə Coşqun” kimi nə istəsə edə bilər”.

Mart konserti barədə də danışan Müşfiq Abbasov hələlik aktyorların ayrı-ayrılıqda ssenari ilə tanış olduqlarını deyib: “Məşqlər hələlik fərdi qaydada keçirilir. Yəni, Rəfael də Coşqun da ayrı-ayrılıqda ssenari ilə tanış olurlar. Güclü məşqə başlanılmayıb. Amma 10 – 15 günə qədər məşqlər də başlayacaq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar