Ceyms Kameron yeni uğura imza atmağa hazırlaşır
10 Yanvar 2010 Bazar 14:25
Kinorejissor Xirasimo və Naqasaki şəhərləri haqqında 6 saatlıq film çəkəcək
Kinorejissor Ceym Kameron bombardman nəticəsində məhv edilən Xirasimo və Naqasaki şəhərləri haqqında 6 saatlıq sənədli film çəkməyə hazırlaşır.
Bu barədə Yaponiyanın "Mayniti" qəzetinə müsahibəsində "Xirosimodan sonuncu qatar. Sağ qalanların xatirələri" romanının müəllifi, məşhur yazıçı Çarlz Pelleqrino məlumat verib.
Yanvarın 19-da işıq üzü görəcək kitabda 1945-ci ilin faciəvi avqust hadisələri təsvir edilib. Kitabda hər iki nüvə bombasının şahidi olan yaponlunun taleyindən söhbət açılır. Onlardan biri, bu yaxınlarda 93 yaşında vəfat etmiş Naqasaki sakini Çutomu Yamaqutidir. Yamaquti 1945-ci ilin avqustun 6-da Xirasimoya səfəri zamanı partlayışın baş verdiyi ərazidən 3 km aralıda olub və şüalanmaya məruz qalıb.
Səhərisi gün isə minlərlə sakin kimi təşviş içində Naqasakiyə yola düşən qatara minən biznesmen doğma şəhərində yenə də ciddi şüalanmaya məruz qalır. Avqustun 9-da şəhər üzərində "Tolstyak" plutonium bombası partladılır.
2006-cı ildə Yamaquti "İkili Xibaksuya" (Yaponiyada hər iki şəhərin bombardmanı zamanı zərər görmüş şəxsə "Xibaksuya" deyilir.) filminin qəhrəmanına çevrilir. Bu film BMT-də nümayiş olunur.
Qeyd edək ki, Xirasimo və Naqasaki faciəsininin dəhşətlərinin şahidi çox adam olsa da, rəsmi olaraq "İkili statusa" adına birinci olaraq Yamaqut ala bilib.
Xatırladaq ki, Naqasakinin bombardman edilməsi 143 min, Xirasimoda isə 250 mini insanın həyatına son qoydu.
Yazıçı Çarlz Pelleqrino bildirib ki, keçən ilin (2009) dekabrın 22-də Yamaqutinin evinə qonaq gedənlər arasında Ceyms Kameron da olub. Yamaquti bombardmanlarla bağlı Kamerona maraqlı təklif verib, rejissor isə onun xahişini yerinə yetirəcəyinə söz verib.
Qeyd edək ki, Ç.Pellerqino Kamerona onun bir çox işlərində yaxından kömək edib. O, "Titanik" və "Avatar" filmlərinin məsləhətçisi olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: