Çernobıl müsibəti “Qara Zolaq - 20 il sonra” filmində
26 Aprel 2011 Çərşənbə Axşamı 06:22
Naşı operator yer kürəsinin külünü bir anda göyə sovura bilər
O müdhiş gecənin qaranlığı yer üzündən hələ də çəkilməyib. 1986-cə ilin 26 aprel gecəsi minlərlə insan tələf oldu. Çernobıldan püskürən fəlakətin dəhşət və vahimə tarixi. O yerlərin hər qarışında günahsız insanların sərgərdan ruhu dolaşır. İnsan öz keçmişin girovudur. Biz heç nəyi unutmamalıyıq. Planetin taleyi bircə düymədən asılıdır. Naşı operator yer kürəsinin külünü bir anda göyə sovura bilər. Ötən əsrin ən qaranlıq gecələrindən biri.

Çernobıl müsibəti Zənurə Talıbovanın “Qara Zolaq - 20 il sonra” filmində.

Yaponiya sunamisindən sonra bəşəriyyətə müdhiş həyəcan siqnaılı verən Fuqusima qəzası bizi filmə yeni gözlə baxmağa vadar edir.

“Qara Zolaq – 20 il sonra” sənədli filmi aprelin 26-da (bu gün) saat 16.00-da ANS TV-də nümayiş olunacaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar