Cazmen Ceymi Kallum cazla azanın sintezini etdi
10 İyul 2011 Bazar 19:55
Dünyaca tanınmış Ceymi Kallum Türkiyədə verdiyi konsert vaxtı oxunan azana özünə məxsus şəkildə hörmətini nümayiş etdirib.
Dünyanın məşhur cazmenlərindən biri olan Ceymi Kallum Türkiyədə verdiyi konsert vaxtı oxunan azana özünə məxsus şəkildə hörmətini nümayiş etdirib. Müğənni XVİİİ İstanbul Caz Festivalı çərçivəsində verdiyi konsertdə mahnısına başladıqdan bir neçə saniyə sonra yaxınlıqda olan məsciddən azan səsi yüksəlib.
Əvvəl səsin nə olduğunu başa düşməyə çalışan cazmen pianoda ifa etdiyi musiqinin tonunu aşağı düşürür. Sənətçi daha sonra pərəstişkarlarının təəccüblü baxışları altında zərif ifa ilə azanı müşayiət etməyə başlayır. Müğənninin bu hərəkəti İslam inancına sahib türk tamaşaçılar tərəfindən alqışla qarşılanıb.
Azan başa çatdıqdan sonra mahnısını başa vuran cazmen konsertdən sonra azan barədə olan təəssüratlarını “Ttwitter” təqibçiləri ilə bölüşür: “İmamla birlikdə improvizasiya mahnı ifa etmək çox həyəcanlı idi. İstanbul Caz Festivalı ilə enerjimizi birləşdirdiyimiz üçün təşəkkürlər. İndi isə yemək vaxtıdır!”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: