Müğənni Ceymi Kallum bu hərəkəti İslam inancına sahib türk tamaşaçılar tərəfindən alqışla qarşılanıb.
Dünyanın məşhur cazmenlərindən biri olan Ceymi Kallum (Jamie Cullum) Türkiyədə verdiyi konsert vaxtı oxunan azana özünə məxsus şəkildə hörmətini nümayiş etdirib. Müğənni 18-ci İstanbul Caz Festivalı çərçivəsində verdiyi konsertdə “High and Dry...” mahnısına başladıqdan bir neçə saniyə sonra yaxınlıqda olan məsciddən azan səsi yüksəlib. Əvvəl səsin nə olduğunu başa düşməyə çalışan cazmen pianoda ifa etdiyi musiqinin tonunu aşağı düşürür. Sənətçi daha sonra pərəstişkarlarının təəccüblü baxışları altında zərif ifa ilə azanı müşayiət etməyə başlayır. Müğənninin bu hərəkəti İslam inancına sahib türk tamaşaçılar tərəfindən alqışla qarşılanıb.
Azan başa çatdıqdan sonra “High and Dry” mahnısını başa vuran cazmen konsertdən sonra azan barədə olan təəssüratlarını “Twitter” təqibçiləri ilə bölüşür: “İmamla birlikdə improvizasiya mahnı ifa etmək çox həyəcanlı idi. İstanbul Caz Festivalı ilə enerjimizi birləşdirdiyimiz üçün təşəkkürlər... İndi isə yemək vaxtıdır!” ANSPRESS