Budapeştdə Fərhad Bədəlbəylinin konserti keçirilib
19 Noyabr 2011 Şənbə 19:24
Noyabrın 18-də Budapeştdəki «Duna Palota» sarayında Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin konserti keçirilib.
 APA-nın məlumatına görə, tanınmış piano ustası Macarıstan paytaxtının «Dunay» simfonik orkestri ilə birlikdə Fikrət Əmirovun «Ərəb mövzusunda fortepiano ilə orkestr üçün konsert»ini və Azərbaycan bəstəkarlarının digər əsərlərini ifa edib.

Macar ictimaiyyətinin nümayəndələri və diplomatik korpus təmsilçilərinin iştirak etdikləri konsert böyük uğurla keçib. Azərbaycanın Macarıstandakı səfirliyin təşəbbüsü ilə baş tutan konsert ölkəmizdə dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilib.

Budapeştdə olduğu günlərdə F.Bədəlbəyli eyni zamanda Ferents List adına Musiqi Akademiyasının rəhbərliyi ilə görüşlər keçirib, iki ali məktəb arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar