Bu gün Moskvada Müslüm Maqomayevin abidəsi açılacaq
15 Sentyabr 2011 Cümə Axşamı 00:13
Prezidentin İlham Əliyevin tapşırığı ilə açılışda Azərbaycandan xüsusi nümayəndə heyəti iştirak edəcək
Bu gün Moskvanın mərkəzində Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin abidəsi açılacaq. Abidənin açılış mərasimində Azərbaycandan xüsusi nümayəndə heyəti iştirak edəcək.

AzərTAc-ın məlumatına görə, bu barədə jurnalistlərə məlumat verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, nümayəndə heyəti Azərbaycan Prezidentinin xüsusi tapşırığı əsasında abidənin açılış mərasimində iştirak edəcək: “Ümidvaram ki, Moskvadakı bu ünvan Müslüm Maqomayev sənətinə pərəstiş edənlər üçün daimi ziyarət edilən, yada salınan bir məkan olacaq”.

Abidənin müəllifləri heykəltəraş, Rusiyanın xalq rəssamı Aleksandr Rukavişnikov və Rusiyanın əməkdar memarı İqor Voskresenskidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar