Bu gün Gənc Tamaşaçılar Teatrında premyera var
12 İyun 2010 Şənbə 05:20
Gənc Tamaşaçılar Teatrında Brandi Martinin məşhur “Yatmış gözəl” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa göstəriləcək.
Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Brandi Martinin məşhur “Yatmış gözəl” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq. Əsəri Azərbaycan dilinə tamaşanın quruluşçu rejissoru Nicat Kazımov tərcümə edib. Tamaşanın quruluşçu rəssamı Sevinc Həsənovadır.

İkihissəli nağıl-tamaşada Əməkdar artistlər Naibə Allahverdiyeva, Gülər Nəbiyeva, aktyorlardan Elşən Şirəliyev, Asya Atakişiyeva, Eşqin Quliyev, Almaz Mustafayeva, Güşvər Şərifova və başqaları iştirak edirlər.

Hazırda teatrda Moskvada yaşayan həmyerlimiz Alla Axundovanın “Sirr” əsəri üzərində yaradıcılıq işinə başlanılıb. Bu tamaşanın quruluşçu rejissoru Xalq Artisti Rafiq Əliyev, rəssamı Ülviyyə Zərbəliyeva, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyev, rəqslərin quruluşçusu isə Fuad Osmanovdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar