Bu gün Flora Kərimovanın ad günüdür
23 İyul 2011 Şənbə 07:42
Müğənni Flora Kərimovanın repertuarında Azərbaycan bəstəkarlarının mahnıları başlıca yer tutur.
Azərbaycanın Xalq artisti Flora Kərimova 1941-ci il iyulun 23-də anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb Unuversitetini (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli və b.) mahnıları başlıca yer tutur. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli) partiyasında çıxış edib (1966), "Qanun naminə" (1968) bədii filmində çəkilib.

Flora Kərimova üç dəfə ailə qurub. Üçüncü evlilikdən Zümrüd adlı bir qızı var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar