Bu gün Əlibala Hacızadənin ad günüdür
28 Avqust 2010 Şənbə 05:25
Əlibala Hacızadə "İtkin gəlin" trilogiyasını yaratmaqla milyonlarla oxucunun qəlbini fəth edib.
Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb (1958). Əfqanıstanda mütərcimlik edib (1966-1970).
Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləyib (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışıb. 1994-96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olub. 1956-cı ildə yazdığı "Mənim müəlliməm" adlı ilk hekayəsi ilə ədəbi yaradıcılığa başlayan müəllif "Təyyarə kölgəsi", "Əfsanəsiz illər", “Ayrılığın sonu yoxmuş", "Vəfalim mənim" və s. əsərləri qisa müddətdə tanınıb sevilmişdi. "İtkin gəlin" trilogiyasını yaratmaqla isə Ə.Hacızadə milyonlarla oxucunun qəlbini fəth edib. Bu roman əsasında yazdığı ssenariyə 12 seriyalı bədii televiziya filmi çəkilib.
Yazıçı 2009-cu ilin oktyabr ayında vəfat edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: