Bu gün Bakıda Beynəlxalq Musiqi Festivalı başlayır
12 Noyabr 2009 Cümə Axşamı 05:45
Festivalın açılışı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında olacaq
Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 75 illiyi ilə əladəqadar noyabrın 12-dən 17-dək Bakıda Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Bəstəkarlar ittifaqının mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə baş tutacaq beynəlxalq festivalda dünyanın tanınmış bəstəkar və musiqişünaslar Vladimir Şerbakov, Yermin Yocef (Ukrayna), Kaxa Tsabadze, Elizbar Lombdaridze (Gürcüstan), Aleksandr Çaykovski, Vyaçeslav Meduşevski (Rusiya), Balnur Kadırbek (Qazaxıstan), Gennadi Çobanu (Moldova), Qudratulla Hikmətov (Tacikistan) iştirak edəcəklər.
Festivalın açılış mərasimi bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar