Bu gün Azərbaycan səhnəsinin Sofi Loreni ad gününü qeyd edir
30 Mart 2011 Çərşənbə 06:26
Uzun müddətdir mətbuatdan uzaq qalan Şəfiqə Məmmədova bu gün özünə uyğun obraz olmadığını deyir.
Bu gün Azərbaycanın Xalq artisti Şəfiqə Məmmədovanın ad günüdür. Şəfiqə Məmmədova Azərbaycan səhnəsində 20 ildir mətbuata qapalı olan yeganə sənətkardır. Lakin Xalq artisti ad günündə “Salam Azərbaycan”a danışıb. O, səhnədə görünməməsinin səbəbini də açıqlayıb.

O, yaradıcılığı daxili ehtirası, cılğın romantik pafosu, həssas lirizmi, səhnə hərarəti ilə secilən sənətkardır. Teatr və kino tariximizdə çılğın, təkrarsız obrazlar ifa edən, səhnəmizin “Sofi Loreni”, uzun müddətdir müsahibələrdən boyun qaçıran Xalq artisiti Şəfiqə Məmmədovanı ANS-in əməkdaşı telefonla təbrik edib.

Xalq artisti bu təbrikə görə təşəkkürünü bildirib: “Çox sağ olsun ANS həmişə məni təbrik edib. Həmişə istər radio, istər televiziya ilə. Çox razıyam. Bir ad günüm oxşamır o birisinə. Baxıram da necə impravizə şəkildə. Planlaşdırmıram. Amma çox qəşəng olur. Ümumiyyətlə həyatda impavizasiya böyük fikirdir. İstər sənətdə istər ad günü keçirməkdə”.

Son dövrlərdə heç bir filmə çəkilməyən sənətkar özünə uyğun obraz olmadığını deyir. Bunun səbəbini ssenaristlərdə görür. “Uyğun deyil mənə. Heç bir ssenarini özümə aid görmürəm. Yaratdığım elə bir iş yoxdur. Bilirsiz mən elə öz dövrümdə də istəyirdim çəkilirdim, istəmirdim çəkilmirdim. Məndə seçim həmişə vardı”.

Şəfiqə Məmmədova Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakultəsini bitirib. Milli Dram Teatrının səhnəsində “Hamlet”, “Nakam qız”, “Canlı meyit”, “Ana torpağı”, “Xəyyam'', “Dəli yığıncağı” kimi tamaşalarda maraqlı obrazlar ifa edib. Kino aktrisa kimi də özünü sınamaq qərarına gələn Şəfiqə Məmmədova tamaşaçı yaddaşında elə filmlərdəki rolları ilə dərin iz buraxıb. “Ad günü”ndə Fəridə, “Bizim Cəbiş müəllm”də Cəbişin arvadı, “İstintaq”dakı Gulya rolları xarakter etibarı ilə bir birinə bənzəsə də, “Dədə Qorqud”dakı Burla xatun onlardan fərqlənir.

Hər rolunda qadın qürurunu, ana qayğısını məharətlə göstərə bilən Şəfiqə Məmmədovanın “Qaraca qız” da oynadığı Pəricahan xanım obrazı real ifa tərzi ilə özünə nifrət qazandırır. “Bizim Cəbiş müəllm” filmində məhz bu xanımın yaratdığı qayğıkeş ana, arvad obrazı filmi daha maraqlı və yadda qalan edib.

Şəfiqə Məmmədova Xalq yazıçısı Anarın “Şəhərin yay gunləri” pyesinin tamaşasındakı Dilarə roluna gorə respublika Dovlət mukafatına və Rasim Ocaqovun cəkdiyi “İstintaq” filmindəki Mustəntiqin arvadı obrazına görə SSRİ Dovlət mukafatına layiq gorulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar