Böyük Britaniya Eurovision-2011 təmsilçisi Blue pop qrupu oldu
30 Yanvar 2011 Bazar 05:25
Eurovision-2011 mahnı müsabiqəsində Böyük Britaniya Blue pop qrup tərəfindən təmsil ediləcək.
Britaniyanın məşhur “Blue” pop qrupu bu il Almaniyada keçiriləcək “Eurovision” mahnı müsabiqəsində ölkəsini təmsil edəcək. Məlumatı Britaniyanın BBC teleradio korporasiyası yayıb. Hələlik “Eurovision” üçün mahnının müsiqisini və sözlərini kimin yazacağı məlum deyil.

2001-ci ildə yaradılan “Blue” qrupu dörd nəfərdən ibarətdir. Bu vaxtadək qrup 9 milyona yaxın albom satıb.

Böyük Britaniya “Eurovision”un təsisçilərindən biridir. 90-cı illərdə bu ölkənin təmsilçiləri demək olar ki hər il ilk onluğa düşürdü. Britaniyalılar üç dəfə ikinci yeri tutublar, bir dəfə - 1997-ci ildə qalib olublar. Hazırki onillikdə isə vəziyyət tamamilə dəyişib. Britaniyalı ifaçının ən yaxşı nəticəsi üçüncü yer olub. Qalan illərdə isə Böyük Britaniya 15-ci yerdən yuxarı qalxa bilməyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar