“Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” kitabı nəşr olunub
26 May 2011 Cümə Axşamı 10:02
“Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” kitabı nəşr olunub


Bakı – APA. Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının xətti ilə Məhəmməd Əmin Rəsulzadənin “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” kitabı işıq üzü görüb. DAK GT-dən APA-ya verilən məlumata görə, kitabın nəşrinin təşəbbüskarlarından biri Elşad Ərşadoğlu deyib ki, 28 May - Cümhuriyyət bayramı münasibətilə nəşr olunan kitaba marağın və sifarişlərin səviyyəsini nəzərə alıb kitabı ilkin mərhələdə 500 tirajla nəşr etdiriblər.

Kitab Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Kitab vətən tarixinin çox əhəmiyyətli bu dövrü və M. Ə. Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar