"Bir ovuc torpaq" işıq üzü görüb
05 Yanvar 2010 Çərşənbə Axşamı 16:45
"Bir ovuc torpaq" yazıçı Varisin oxuculara təqdim etdiyi ikinci kitabıdır
Yazıçı Varisin "Bir ovuc torpaq" adlı kitabı işıq üzü görüb. Mədəniyyət və Turizm İdarəsinin verdiyi məlumata əsasən, bu yazıçının oxuculara təqdim etdiyi ikinci kitabıdır.

Qeyd edək ki, "Bir ovuc torpaq" adlı roman da ədibin birinci romanı kimi əsasən, real hadisələr üzərində qurulub.

Xatırladaq ki, yazıçının 2008-ci ilin noyabr ayında çapdan çıxan "Sonuncu ölən ümidlərdir" adlı ilk kitabı oxucu marağına səbəb olub. Nəşr "Kitab klubu"nun 2009-cu il reytinqində ən çox oxunan azərbaycanlı yazıçının kitabı kimi birincilik qazanıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar