Biblioqrafiya” kitabının təqdimatı keçirilib
20 Sentyabr 2011 Çərşənbə Axşamı 14:42
“Müslüm Maqomayev. Biblioqrafiya” kitabının təqdimatı keçirilib


Bakı. Ülkər Qasımova – APA. M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında “Azərbaycanın səs xəzinəsi” kataloqunun birinci buraxılışı və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Müslüm Maqomayev. Biblioqrafiya” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən kitabxananın direktoru Kərim Tahirov tədbirin Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutduğunu deyib. O bildirib ki, “Azərbaycan səs xəzinəsi”ndə Milli Kitabxananın Not nəşrləri və səsyazmaları şöbəsinin fondunda saxlanılan qrammofon vallardan kompakt disklərə (CD) köçürülmüş əsərlər toplanıb.
Kitabın tərtibçisi Marat İbrahimov, ixtisas redaktoru Kərim Tahirov, redaktoru Nazlı Şahbazovadır. K. Tahirov hər iki kitabın musiqi məktəbləri üçün vacib dərslik olacağını söyləyib.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi Eldar Mansurov, Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov, nazirlik nümayəndələri hər iki nəşr haqqında xoş təəssüratlarını bölüşdürüblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar