Beynəlxalq Musiqi Festivalına yekun vurulub
17 Noyabr 2009 Çərşənbə Axşamı 22:15
Musiqi Festivalı Bəstəkarlar İttifaqının 75 illik yubileyinə həsr edilib
Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik yubileyi ilə əlaqədar paytaxtda keçirilən beynəlxalq musiqi festivalına yekun vurulub. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında festivalın bağlanışına həsr olunmuş simfonik konsert proqramı keçirilib.

Festival çərçivəsində gənc bəstəkarlar arasında keçirilən “Ən yaxşı konsert pyesi” adlı müsabiqənin nəticəsi də elan edilib. Rüfət Xəlilovun simfonik orkestr üçün “Rapsodiya” əsəri Beynəlxalq Musiqi Festivalının qalibi adına layiq görülüb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar