Bəstəkarlar İttifaqına 1 milyon manta ayrıldı
21 Aprel 2009 Çərşənbə Axşamı 21:10
Vəsaitdən zəruri avadanlıqların alınması üçün istifadə olunacaq

 

Prezident İlham Əliyev, “Azərbaycan Bəstəkarlar İttifaqının maddi-texniki bazasının yaxşılaşdırılması haqqında” Sərəncam imzalayıb. Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət başçısı qərara alır ki, Bəstəkarlar İttifaqına zəruri avadanlıqların alınması üçün Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat məbləğində vəsait ayrılsın.
Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən vəsaitin Azərbaycan Bəstəkarlar İttifaqına ayrılmasını təmin etməlidir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar