Bəstəkar Xəyyam Mirzəzadə haqqında sənədli filmi çəkilib
28 Sentyabr 2011 Çərşənbə 16:26
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə görkəmli bəstəkar, xalq artisti Xəyyam Mirzəzadənin həyat və yaradıcılığına həsr olunmuş “Maestro.
 Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Salnamə” və “Cinealliance” studiyalarının birgə istehsalı olan filmin ssenari müəllifi və rejissoru xalq artisti Tofiq İsmayılov, operator Ziya Babayev, musiqi redaktoru Rauf Əliyev, redaktoru Ramiz Əliyevdir. Filmin qəhrəmanı öz həyatı və sənəti haqqında, müəllimləri, dostları, tələbələri haqqında düşüncələri ilə tamaşaçılarla bölüşür.
Filmin təqdimatının oktyabrın 4-də Dövlət Rus Dram Teatrında keçirilməsi nəzərdə tutulur. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar