Bəstəkar Vaqif Mustafazadənin vəfatından 33 il ötür
16 Dekabr 2012 Bazar 08:07
Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisidir.
Bu gün görkəmli bəstəkarı, pianoçu, Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi Vaqif Mustafazadənin vəfatının 33-cü ildönümüdür. Vaqif Mustafazadə 16 mart 1940-cı il Bakı şəhərində anadan olub. 1963-cü ildə A.Zeynallı adına musiqi texnikumunu bitirib. O, «Leyli» vokal kvartetinin, yeni Caz-Muğam üslubunun yaradıcısıdır. Azərbaycan musiqisinin, muğamın, klassik Amerikan caz musiqisi ilə sintezini yaradan da məhz Azərbaycan Muğam Caz Hərəkatının memarı olan Vaqif Mustafazadədir. Görkəmli bəstəkar Azərbaycan Respublikası əməkdar artisti fəxri adına layiq görülüb. Vəfatından sonra ona Azərbaycan Dövlət Mükafatı laureatı adı verilib.

Xatırladaq ki, Vaqif Mustafazadə 1979-cu ildə Daşkənddə ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar